İlhamimiz deyirik "Biz böyük xalqig"
Boyuk ola ola qiragda qaldig
Boş fikirler ile xeyala daldig
Ya rəbb bu millətə yazigin gelsin
Gecesi zulm ile açib dan olub
Qohum eqrabasi qaçib yan olub
70 il dilide qadagan olub
Ya rəbb bu millətə yazigin gelsin
Şair hunerin var yazginen yarat
Oxusun qoy onu qara camaat
Anasi mam oldu qardaşi brat
Ya rəbb bu millətə yazigin gelsin
Yolunu bilmedi heç hara döndü
Ağ günü geriye qap-qara dondu
Məscid klub oldu anbara dondü
Ya rəbb bu millətə yazigin gelsin
Derdimiz boyukdu bir dene qardaş
Qarişibdi alem qalmişig çaş baş
Sağıcısı deputat mollasi alkaş
Ya rəbb bu millətə yazigin gelsin
Çoxu beyenmiyib aza uymuşuğ
Sonalar uçurdub qaza uymuşuğ
Hani zabul segah? Caza uymuşuğ
Ya rəbb bu millətə yazigin gelsin
Zəhəri verdiler bal təki aldığ
Yersizlər gəldilər, biz yersiz qaldiq
Erməni evində kirayı olduğ
Ya rəbb bu millətə yazigin gelsin
Na dürüst na kəsi gəzdirdik əl əl
Yer verdik onlara özümüzden əvvəl
Şamuyana tuncdan qoymuşdug heykəl
Ya rəbb bu millətə yazigin gelsin
Uydug ozgələrin torpag daşina
Heyfisdındik gozden axan yaşına
Kirovu qaldirdiğ dağin başına
Ya rəbb bu millətə yazigin gelsin
Eyni paltar geyindik toyda yasinda
Batdig bu ölkənin hisi pasinda
Oölu Babək arağ putulkasinda
Ya rəbb bu millətə yazigin gelsin
Dərdi qəm üstündə qalağ qalibdir
Qələmi susubdur varağ qalibdir
Xan qizi ermənidə zalox qalibdir
Ya rəbb bu millətə yazigin gelsin
O qədər eylədik bollu gunahi
Oxumadig qurani dandig allahi
Gor kime tapşirdig Molla Pənahı
Ya rəbb bu millətə yazigin gelsin
Tutdug quyrugundan qoca dövranin
Bilmedik qedrini deqiqe anin
Qəbri tapdalanir Soltan Paşanın
Ya rəbb bu millətə yazigin gelsin
Ozumuz ozumuzu her an aldatdig
Kohne yaramizi dartdig, qopartdig
Xocalınıda verdik, Şuşanida satdig
Ya rəbb bu millətə yazigin gelsin
Imkan tapib daramadig saçini
Tapammiram gunahini suçuni
Qumara qoydug Qubadlini, Laçini
Ya rəbb bu millətə yazigin gelsin
Çoxlu kitablarim qaldi yazılı
Daşinir sərvəti, pulu qızılı
Dagildi Fizuli, hani Zəngilanı
Ya rəbb bu millətə yazigin gelsin
Orda oğul ölüb, orda nər gedib
Çəmənlər tapdanib, güllər tər gedib
Ağdərə, Kəlbəcər, Cəbrayil gedib
Ya rəbb bu millətə yazigin gelsin
Xətir getdi atam hörmetde getdi
Şərəf tapdalandi, ismətdə getdi
Ağdam qeyrət idi, qeyrətdə getdi
Ya rəbb bu millətə yazigin gelsin
Ayrana gonderdik, qatiğ çixartdig
Təmiz bedenimizə lotu çixartdig
Qatır Məmmıdimizi, qotur çixartdig
Ya rəbb bu millətə yazigin gelsin
Oturginən qardaş mən deyim sen yaz
Derdimiz boyukdu yazmasag olmaz
Sene dua etdi bu yetim Eyvaz
Ya rəbb bu millətə yazigin gelsin
Shair Eyvaz еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2