Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Sinister - Epileptik | Текст песни

O, sınmış oyuncaqlarıyla oynayırdı
O, başqaları güləndə ağlayırdı
O, bilirdi o öyrənirdi ona öyrədirdilər
O, öyrəşmirdi amma nəsə deyib öyrədirdi.
Həyat dərin dəniz o dərinə batmış gəmi
Və böyüdü adi adamlardan oldu fərqli insan.
Fərqli olmaq üçün dərdli ya xəstə olmaq lazım deyil.
Əllərini açmır çünki o heç vaxt təslim olmayacaq!
Zamanım yolda yolçu yolunda, beyində izi
Son döyüşçü yaralı, qışqırır köməy yaralı dizi
Və yuxudan oyanır bu bir kabus bu bir dram
Gecə saat 2 və yataqdan qalxmağa qorxuram.
Mənim xasiyyətim belədi, hamı sevdi hamı getdi.
Uşaqlıqda oyuncaqları sınanda belə sevirdim.
Atmırdım zibilə, vermirdim kimsəyə
Satmadım qəlbimi adi xəyanətli gecəyə

Nəqarət
Döyüşlər, hər gün tab gətirir mənim qəlbim
Əzablar, yaralı illərimi basdırdım
Epileptik, qəlbim düşüncəm fərqli
İnsanlar anlamır axı o tənha o dərdli

Dəyişir fəsillər və geridə qalır illər
Geridə qalan illərdə keçmiş acı xatirələr
Məni dəyişə bilmədi insanların sərtliyi
Məni dəyişə bilmədi yaxınlar və valideyinlər
Mənimlə həmsöhbət divarlardı göylərdi
Onun gözlərinə baxıb etirafımı söylərdim
Döyünərdi ürəy ağrı, acı, kədər bilməzdi
Sevinərdi uşaqlar tək amma heçnə deməzdi
Sevərdi qəlbim bu həyatda ölənə kimi
Ölməzdi sevgim, qəbirdə olsa belə bədənim
Anlaşılmaz insanı şeytan hesab edərdiniz
Savablarını yandırıb günahlarını seçərdiniz
Məndən birdə nə sevgi nə dostluq gözləməyin
Çətin gələr əllərimdən ayağımdan sizə xeyir
Sizdən heçnə istəmirəm sizdə istəməyin
Ölmüş ümidlə baxışlı gözlər gözlə deyir

Skit
Artıq yorulmuşam mən payızla vidalaşıram
Artıq dəyişmişəm mən hamıdan gedəcəm
Qırdığınız qəlbləri toplayıb gedirəm
Arxaya dönüb üzünüzə baxıb güləcəm
Maraqlı deyil artıq qohumların davası
Maraqlı deyil artıq kim sevdi kim aldatdı
Əbədi deyil bahar yalnız rəssam əsərləri
Əbədi yazacam verməsəzdə dəyərləri

Nəqarət
Döyüşlər, hər gün tab gətirir mənim qəlbim
Əzablar, yaralı illərimi basdırdım
Epileptik, qəlbim düşüncəm fərqli
İnsanlar anlamır axı o tənha o dərdli

Sinister еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1