Yaşamaq gözəldir əzəldən bu an
Əzizdir sevdiyin insan ömrünə... ömrünə
Ürəklə gül açır təbiət, həyat.
İnsan ümidlidir sabahkı günə... günə
Yaşamaq gözəldir dar gündə olsan,
Acını şərbət tək nuş edir insan.
Ömrünün sonuna bir gün də qalsa,
Bir günün il olur dost kimi ansan.
Yaşat, ey sevdiyim, dar gündə məni.
Şirin gülüşlərində qızırğanma gəl... gəl
İncə gülüşlərin bir dərman kimi
Dərdə şəfa verir hər şeydən əvvəl... əvvəl
Yaşamaq gözəldir dar gündə olsan,
Acını şərbət tək nuş edir insan.
Ömrünün sonuna bir gün də qalsa,
Bir günün il olur dost kimi ansan.
Yaşamaq gözəldir dar gündə olsan,
Acını şərbət tək nuş edir insan.
Ömrünün sonuna bir gün də qalsa,
Bir günün il olur dost kimi ansan.
Sirr еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1