Yenə cilvələnib ay keçdi qarşımdan
Bilmədim ceyrandır, mələkdir, nədir.
Əqlimi-huşumu aldı başımdan,
O bahar ətirli ay çiçəkdir, nədir.
Hər gəncin başında bir sevda olur
Bir ovuc ürəkdə bir dünya olur.
O züldü pərişan, o qaşı kaman,
And içdi verdiyi sözə bir zaman.
Deyirlər bu eşqə hələ var güman,
Bilmirəm bu sözlər gerçəkdir nədir.
Hər süzgün baxışda min məna olur
Aman, aman, aman ay
Can, ay aman
Bir ovuc ürəkdə bir dünya olur.
Skruk еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2