Salam xanım bu məktubu çatdırarsız bir nəfərə Sözsüz qayıtmayacam gedirəm uzağ səfərə Nədənsə bu yazıları yazarkən elə birtəhərəm Bəlkə də Tanrı üzümə güldü çıxmadım səhərə Həyatını itirmiş insandan geriyə qalar nələr Qalar içki şüşəsi , şəkillər və bəhanələr Qalar yıxılan ümidlər,yarımçıq ifadələr Yoxluğun axirət kimidi həyatıma bəla gələr Oxusun məktubu gözləri birazca çəksin yol Evimin qadını və birdə aynada əksim ol (ha) Tərəzinin bir tərəfinə sənə yazılan şeirləri Digər tərəfinə isə çıxart və qəlbivin çəkisin qoy Bəs mənim arzularım?hamısını qətlə yetirdin Özgəsi lazım olmadı mənə bircə qəlblə yetindin Birdə ki çox sıxılırdım hərdəfə səbr bitirdi Həyatıma,gələcəyimə vurduğun o dərdlə itirdin Əbədi xəyallarda qovuşacıyığ bil mənlə birgə sən Çəkəndə səmaya uçuram orda mənlə birgə sən Divarda rəsmimiz var başımın üstdə tək kölgə sən Qəlbimin içindəsən sən (ha) ama çox özgəsən Verərkən deyərsiz hər bir sətrin sona qədər oxusun Şəkillərini yandırıramki içimə çəkim qoxusun Naxışları çox zəngin ama şeiriyyatım yox Ona yazılan şeirlərimnən hər gecə şərf toxusun Özünədə yaxşı baxsın ətrafdan muğayət olsun Məni itirəndə qorxmadı çətinki nədənsə qorxsun Gözaltım hələ tək solsun gözyaşı sevincnən olsun Mənsiz tənha qalıb hər gecə qəhər onu boğsun Cənnətdən əbədi qovulsun yoxluğumla yorulsun Gülsün ağlamasın heç həmişə xoşbəxt olsun Çətinki darıxsın ama darıxsa axtarıb soruşsun Gülüşünə qurban olduğum o qadını Tanrı qorusun.