Gözlərəm səni, gəl üzmə məni, Gəl ay yarım, gözüm qalıb yollarında. Güllər açıldı, bülbüllər ötdü, Harda qaldın, gözüm qaldı yollarında? Deyirlər, məndən üz döndərmisən, Mən bu sözlərə inanmaram, inanmaram. Özgə birinə könül vermisən, Mən bu sözlərə inanmaram, inanmaram. O gözlərdən küsərəmmi, küsərəmmi?! Ayrılığa dözərəmmi, dözərəmmi?! Yarın həsrətinə dözərəm hər an, Durub yollarında gözlərəm hər an. Laləli düzdə, cığırda-düzdə, Qoşa gəzib, yığardıq biz bənövşələr. Bu sevgimizin şahidi olub Buz bulaqlar, göy çəmənlər, o gur çaylar. Deyirlər, məni sən unutmusan, Mən bu sözlərə inanmaram, inanmaram. Əhdimizə sən dönük çıxmısan, Mən bu sözlərə inanmaram, inanmaram O gözlərdən, o gözlərdən küsərəm mi, küsərəm mi? Ayrılığa, ayrılığa dözərəm mi, dözərəm mi? Yarın həsrətinə dözərəm hər an. Durub yollarını gözlərəm hər an.