Öz ruhumun tək sahibi olacam
Zaman axıb gedir xəbərsiz məndən
Düşündürən o asan suallar hanı?
Gəlir qəribə səslər yerin təkindən
Atılan mərmi, ölən insanlar
Səslər beynimdə sonsuz müharibədən
Tarixin bataqlığında qalanlar
Gəlir qəribə səslər yerin təkindən
Cansız bədənimdə ruhum daralır
Durulur damarlarımdan axan qan
Kor olur gözlər, görmür dünyanı
Ayaq səslərim gəlir yerin təkindən
Carçılardan gələn xəbər düz olacaq
Tanrı da üzünü çevirmiş bizlərdən
Sülh quşu dedikləri göyərçin hanı?
Gəlir qəribə səslər yerin təkindən
Sonluğa doğru gedən addımlar
Silinmir yaddaşımın közlərindən
Qəlpədən üzdə yaranan naxışlar
Gəlir qəribə səslər yerin təkindən
The Ranchers еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2