Ədalətinə möhtacam sən gəlmə kirli saraydan, O sarayları dolduracaq xalqını qul sayanlar, Gözləri doymaz rahatdı millətimizi soymaq, Artıq o qədər öyrəşib ki maskasını da soyunar. On yaşında çörək oğurladığı üçün həbsə girən Uşaqların olduğu dünyada mənə ədalətdən danışma, Bu qanlı yarışda mən susmasam ve danışsam, Onlar əlimə qandal vurub izləyəcək qarışma! Qardaş qırğını; əsgərimin boğazını kəsdilər, Türkə zülm olundu və Türk indi yatır ən dibə, Sistemin tam ortasında baş əymişik səltənətə, Keçmişi unudan millət bağlı kirli pərdələrə. Gül bayramı kimə lazım qan qrupu da saxtalaşıb, 25il gözlədim hələ də deyilir ki vaxta baxır, Belimizdən çıxan silah kürəyimizdə iz qoyur, Gülümsəyib yazdığ biz yaşanacaq ən pis sonu.
Bir kərə yüksəldi bir də yerə düşməyəcək bayraq, Bayrağı al bir də qışqır “İşğalçılar Bayıra” Bəlkə artıq yatmayaq düşməni dostdan ayıraq, Qan damlasın hər üç rənginə və hətta ayına.
Diktatura xaltasıyla əsir olduq gələcəyə, Qolları qandallı diplom evdə yatan tələbəyəm, Boş sözlərə qarnım tox əldə heçnə qalmıyıb, Orda bir yola qan verdi gəncliyimdən aldığı. Dar ağaçları qurulsun vətən xaini vurulsun, Qarabağdan sonra ilk dəfə yolumuz burulsun, Əsarətinə kəramətinə xəyanətinə qarşıyam, Milləti millət görüb ondan sonra gəl qarşıma. Göstərim keçmişi, qanlı savaşlardan keçmişiy, RƏSULZADƏ əmanətini itirib özümüz itmişiy, Azadlığı Bəydən alıb sahib çıxa bilmədiy, Biz susuruq onlar danışır uzundu dilləri. Bu qədər bəsdi dinlədiy səni, indi söz bizdə, Xalqıma heçnə verməyən yatır milli məclisdə, O bağlı otaqlarda e*məniylə əlbirsən, Rüşvəti yığdıq dedilər evdə haram xəlbirlə. Qarabağdan məktublar ünvansız qaldı, Çünki artıq Bakı yoxdu Cumhuriyyet dağılır, 1918dən 2016ya, Söz Cəbhəsi Səhifələrimlə hakim yeraltına!