“Şeir, Hardasan?” deyə ağlayan şairlərin Hər biri edam günündə yolunu gözləyirdi, “Şeir, Hardasan?” səhifələrlə gedirəm, Qoluma qandal vurdular Vətən xaini dedilər. Müşfiqi yuxu tutmazdı gülləylə “yatıb qaldı”, Gözlərində dənizin əməli gəmini batırmağdı, Şeir başqa süfrələrdə içkilərlə bəzəndi, Burda içki bəzəysizdi şair içib gəzərdi. Repressiya qan dənizlərindən əsər yaratdı, Şairlərə kifayət deyildi fəxri ad artıq, O bağlar qayıtmadı biz qayıtdıq lap əvvələ, Müşfiq ölümə gülməliydi sahili görüb hər dəfə. Və səndən şeir gözəl, sən gözəlsən ay gözəl, Sən Füzuli qəzəllərinə durmalıydın tay gözəl, Nifrəti peyğəmbər hüzurunda yaratdı Cavid, Dəniz mürəkkəbi udurdu sevgilərsə şifahi.
Şairlər Sibirdə cümlə Küləylər Şəhərində, Yolunu axtaran hər qadın birləşir Xəzərimlə, Mən sənə “dön gəl” deyəndə ağlayır qələmim də, Azadlığa zindan olan dahilər gələ bilməz. Barmaqlığın arxasında şair ölüm yasında, Ölümü öldürən insanlar o kitablara yazılmaz, Yolumu gözlədin hər səhər qismətimdi asılmaq, Son nəfəsdə şeirlərimi əzbərlə ən azından...
Məktubu yazıb ağlamışdı saçında ağ tellərə, Üzündəki qırışlara yas saxlamışdı bilmədən, Bəlkə də azadlıq əfsanəsiydi hər cümləsi, Şairə edam yaraşdırıb güləcəy gündəsiz. Dərisi soyuldu hər qəzəldə yoxdan var edildi, Yenə cahana sığmadı gözlərinə edam verildi, Xoşbəxtliyi öldürən ən köhnə qafiyə sevgidi, Hər gecə yenidən yaranmaq; bu Tanrıdan vergidi. Ey müsəlmanlar! Bugün ol yar-ı pünhan ayrılır, Güney quzeydən ayrılıb aldı Şəhriyarını, Biz şərab içəriy onlar doymalı xalqın qanıyla, Vahid içib sərxoş olar qələm çörəyə satılmaz. Gözyaşıyla yazılan hər şeirdə Vətən həsrəti Onlar susacaq danışsın Əhməd Cavadın bəstəsi, Rütubətli otaqlarda otuzyeddi təsvir olur, Komissar güləndə sındı qələm o an gəldi gəldi sonu.