Elə ki, külək uyudu
səsli-küylü küçələrdə,
elə ki hava soyudu-
demək, yoxsan bu şəhərdə.
Elə ki, yuxum qarışdı,
sevincə-qorxum qarışdı,
qəlbim dərdlə ki, barışdı-
demək, yoxsan bu şəhərdə.
Evində işığın sönük,
yox, olmazsan üzüdönük!
Ən uzağı, bircə günlük,
demək, yoxsan bu şəhərdə!
Göydə ulduz doğulmursa,
canım evə yığılmırsa,
telefonum dağılmırsa-
demək, yoxsan bu şəhərdə.
Deyək: "Aydı, batıb, gedib"
Deyək: "Vaxtı çatıb, gedib",
Soruşsalar: " Atıb, gedib" ?!
Deyək: "Yoxdu bu şəhərdə.."
Tunzale Agayeva еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 2