Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Uran ft. Xpert,Tibu,Shahruz & Dj Twist - AzRap Cypher 2 | Текст песни

Verse: Uran]

Mainstream beyin silir. Mənim stilim əksinə,
Rapin main stili. Rap hərisinin deyim stili,
Geyim stili, tək qafiyə hiss edilir, beyin stilim
Yelbeyin stildən uzaq, məna çəlləyi stili.
Nəyi istəyir demə, nəyin var de, beyin istiyim
Xanın, beyin stili deyil bu. Küçədə deyim stili.
Arabesk eliyən hiss edəcək xəndəyin iyin,
Dönübdür çəyirdəyə beyin, bəndəyə deyin. Kəndimə gəlim.
Bəndimə baxın, düşübdür kəməndimə, baxın.
Hər şey hamardi, Uran yoluna qoyub rəndəliyib axı.
Dənləyib assorti edib, düzübdür, hərləyib axı
Nə hərliyib axı?! Radioaktivlik zəhərləyib axı.
Hərlənib baxın, tərəvəzdən fərqlənən axın,
Çərəz rap deyil bil, məna dəyərlərə baxın.
Yol Baku style! Şəhərə, küçələrə yaxın
Yox paxıl, qaxıl otur yerivə! Açılsın növbəti daxıl!

[Verse: Xpert]

Bu ritm Оригами kimidi beat’də rani, yani
Çox çətin flow eləmək, ayrabani, kintamani
Rembo bıçaq məndə hani ?
Bu rap pəhləvani
Bıcağım MC kəsir, necə ki, kök gəmirir Bunny
Diss’lərimi görsən indi, rəqiblərim görsənmir
Gizlənibdir salam söylə, rəqiblərimi görsən bir
Belə bir beat’in üstdə verse-ni mənnən Şahruz pay verəcək
Axşam kimsə zəng vuracaq ki, Master bizləri Cypher-ə çək
Küçədə ki, fəlsəfənində 4 elementinin
Hər səfərində hip-hop ərsə gəlirsə
Deməli dərsə gəlirdə gəlirli tərzə əyilmək
Hip Hop’un aşmanında açılan air bag
Boom, battle zulu down, qatıb qrup
Oturmalıdı ritmə tam-tam
Biraz pacestream
Rap budu, səbətdə bir çürük meyvə, səbəti satıb durdu
Üsyana, hip-hop’çu mən və dostlarım qorxmadım
Çox olsazda atmacalara tox qarın
Divarlar graffiti’lər təmizlənir, yoxlanır
Pboy’lar yox hanı ?
Azad sözüm sözdə qalır buxarlanır olmadı birdə
Ritmə düşmədinsə birdə girdə
Deməli hələ də topuq vurur kəlmə dildə
Onda dinlə, çək onu qırağa ala bu kəlbətinlə çənəyə vur
Tut, dilini bur
Under sizə metrodur, amma bizə bu şəhər ghetto’dur

[Verse: Tibu]

Black Rap a
Başqa cür marşrut
Məni bura atıb, göydən paraşut
Rap yatma, arada gedir yuxuya
Yaraşıram rap’a necə Anjelina kino’ya
Battle yox idi çoxdandır, Rap ölməyib
Amma ki, morqdadır
Hamı yazır lirika, hamıda lomkadı
O qədər rapper var ki, studio’larda probkadı
Rap gör nəyə nail, hər beat eşidən olur şair
Necə axı bunları edək tranzit ?
Yaxşılardan çox bu dəqiqə var parazit
Özün bax, gör, tap, seç
Track’ı olmayan özünə açır fanpage
Heyif hamı düz olmadı
Rap fəxr elə ki, bizim kimi var övladın

[Verse: Şahruz]

Bu beat’im oğurluqdu sanki Super Mariodan
95-di BPM, texnikam Romariodan
Etika, kitaba sığmaz ki, adam olasan
Rap xanım övladı üçün dil vurada gay’da basa
Xası mən, bu rap’in texnikası mən
Mən faster, yanımda X birdə Paster
Tanrı yaradıb, bizi bu sənətə görə Bakı səs ver
Dağılar sürətimdə atmosfer!
Beynim dağınıq, dövran dəyişir yatırıq
İnkişafda biz batırıq, hip hop gördüyümüzü yazırıq
Kim kimdi ? Kim tilki, neftimiz hara girdi ?
Bu cypher bir eğitim’di
Mikrafonda A team’di
Hm, qaydası yox bu dəftərin
Yap’dır, sabunların məktəbi
Tap dur , google’da axtar dur iki verse double’da de dalında dur
Tək tük qalıb bugün qardaşlarımız
Tək birliyimizə nəzər dəyməsin
Tək tük qələminə sadiq olub amma
Qan qanadır bugün yaddaşlarımız
Yeah

Uran ft. Xpert,Tibu,Shahruz & Dj Twist еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 3