Yaşamaq üçün yeməlisən, yemək üçün qazanmalı Qazanmaq üçün işləməli, qazana qazandığın malı atmalı. Məntiqi xətti uzatmalı, müəyyən bir nöqtəyə çatmalı, Ya xəstəlikdən, ya da sağ-salamat ölüb torpağa batmalı. Bunları gözəl öyrətdi mənə həyat, gördüklərimlə Müqayisə etməyə çalışdım bildiklərimi öyrəndiklərimlə Nəticə bilirsiniz necə oldu? Bir şey üçün mübarizə, bəzən həmin şeyə nail olmaqdan daha vacib bizə. Valideynlərim mənim, istədiyiniz nümunəvi oğul olmadım, Siz məni ayrı tərəfə yönəltdiniz, mən o tərəfdə qalmadım. Neçə yuxusuz gecə, əsəb, narahat anlar mənə görə Tərsliyim, uğur, yaradıcılıq məni görər. Bilirəm necə əziyyət çəkirdiniz, çəkdiyim əziyyətdən Realist, optimistəm, atam-anam, çıxacağam vəziyyətdən. Enişli-yoxuşlu yolda girov, gah ovçu, gah ov, Gah zabit-leytanant, gah növbə rəisi İbrahimov. (Həri!) Nəqarət: Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər Kim nə götürər onu görər. Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam, Mən rep üçün doğulmuşam. Verse 2. Rep ya mənim taleyim, ya da həyatımın qarğışıdır. İnanın çıxışdan mənə qalan çox vaxt pul yox, dinləyici alqışıdır. Qəribəsi budur ki, yazmağı mənə valideynlərim öyrətdi Heç bilməzdim ilk sətrimi yazandan sakitliyim itdi. Və mən qədəm qoydum söz, cümlə, mövzu mədəninə Ürəyimi qidalandıran kağızlar qida atmırdı mədəmə. Quru bəy kimi dolaşırdım küçələri Neçələri yerimdə olmaq istərdi, yanımda olmaq istərdi neçələri. Evdə gündə deyirdilər: “Repdə gəlir yoxdur, gözləmə Birazdan yaş otuzlara keçəcək. İş tap özünə” Ailə-məişət problemləri, övlad bunlar ayrı təzyiq Doğurdan, bəlkə, bəsdir yazdıq, dedik, çıxış etdik, gəzdik. Mənasız şeylər dəftəri bəlkə mənasız uçuruma aparır Bəlkə hələ qabaqdadır qara günlərimin çaparı? Saniyələr gedir ömürdən, gözünü açırsan itir illər Biz isə hələ də səhnəyə doğru qalxırıq Master-T ilə (Həri!) Nəqarət: Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər Kim nə götürər onu görər. Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam, Mən rep üçün doğulmuşam. Verse 3. Təsəvvür edəndə rep, anbar, klan olmasaydı Harada və kim olardım mən, fələk öz bildiyin saydı. Altıncı sinifdə şeir yazmasaydım, bəlkə olar sadə Bu mürəkkəb həyatda özümü necə edərdim ifadə? Hərbçi qalıb top atardım, futbolçu olub top qovardım, Ya ofisdə oturardım, həkim olub şiş tapıb, qoparardım/ Bəlkə siyasətçi-biznesmən olub pul qazanardım, Ya rüşvətxor, əzazil gündüz yığardım, gecə uzanardım. Bəlkə kələk kimilər bitməyib, demirəm belə pisdir Nəqliyyat, avtobus, metro. Nə olsun kimdəsə CL-S-dir? Sevdiyim balam var, güvəndiyim qardaşlar, Ətrafım, atam-anam, Kənan, Rüstəm. Şükür bəsdir bu ətrafa. Nə olsun efirə çıxıram torpaqların işğalı günü? Bir konsert, dörd klip, CD. Əsas budur xoşhallı gülüş üzdə. Və biz də istədiymizi qazanmasaq da, yaşayırıq inadkar mübarizəmizlə, musiqimizlə (Həri!) Nəqarət: Bu həyat uğrunda inan ki, mübarizə aparmağa dəyər Kim nə götürər onu görər. Yerə, göyə sığmayan arzular aparır irəli, sərxoşam, Mən rep üçün doğulmuşam.