Deyirlər, neyronların əlaqəsindən yaranır fikir Kimyəvi məhlul və kiçik qığılcım… elektrik Deyirlər, vəyhlər qarabasma və göz qaraltısı, Hallüsinasiya və bütün peyğəmbərlər olub epilepsik Deyirlər sevgi - endorfin, serotonin, melonin, Fahişələrin səksən faizinin adı - Melani Deyirlər, müqəddəs heç nə qalmayıb, Aman İlahi! Aman - “Amun Ra”. İlahi ivrit dilindən “Eloxim” Tarixi kim yaradıb, Herodot? Deyirlər kor idi Bethoven “Ay Sonatası”nı yazanda artıq kar idi Xristianlar səhv deyir, “Oğul” - Allahın oğlu olmur Əl çəkin, rahat buraxın məni, bilmirəm bəlkə var idi İstənilən zövqə və dada uyğun həqiqətlər Müxtəlif irqlər, qitələr və fərqli cənnətlər Çayxanalarda geopolitik söhbətlər Qulağımda qulaqcıq “RG - Gəncədən Hörmətlə” Bilmirik artıq harda şimal, harda cənub, əsası harda qiblə? Sizcə həqiqət yuxarıda? Biz axtarırıq dibdə Osho ölüm ayağında pıçıldadı "Mən “fake”əm...” Gündüzlərimiz fəlsəfi, gecələrimiz uyğun “Freyd”ə
Çox ciddi şeylər haqda (skit)
Demokratiya yaranmışdı qloballaşmaq üçün, bro Internet açıldı ki, daha yaxşı işləsin Interpol Azad bazar, mavi planet, böyük bir supermarket! 10 milyon - deputatlıq, 15 - buraxsın “İnter” qol İndi nə olursa, əmin olun, yazılıb dünəndən Bizim qədrimiz bilinmir, bilinməyəcək öləndə İnanın bir az da pul gətirsə dilənmək, Dilənmə aparatları qoyulacaq necə “parking control” Amerikan bayraqlarının hamısı “Made in China” O qədər oxuduq ki, bizim üçün popsadı “Mein Kampf” Faşist hərbi geyimlərini də tikirdi “Hugo Boss” Deyir millət orda “I’m so happy” - elə biz də “fine”ıq Sistemin qanunları bizim dəlixanada keçmir! Həqiqət acıdı, amma burda heç kəs yalan içmir Və Kukla Teatrında pərdə arxasını görmüş uşaqlar Oyuncaqların dediyinə inanmayacaq heç vaxt...