vk.com/azerbaycanmusiqisi
Səni hər an gözləyərəm,
İzləyərəm pəncərədən...
Baxışlarım bulaq kimi,
Axıb gedər küçələrdən,
Deyirsən ki, deyirsən ki,
Sorma məni bir kimsədən.
Nəqərat:
Necə susum, necə danım?
Səni sevdim, səni andım,
El içində mehribanım...
Adındamı, özündəmi,
Sözündəmi mehribanlıq..?
Heç bilmirəm necə oldu,
Bu sevdaya qoşa yandıq.
Seviriksə, eşqimizdən axı niyə utanırıq?
Nəqərat:
Necə susum, necə danım?
Səni sevdim, səni andım,
El içində mehribanım...
Mehribanım, mehribanım,
Mehribanım, mehribanım...
Qönçəm mənim, gülüm mənim,
Ulduz dolu kəhkəşanım.
İstəyirəm haray salıb,
Bu sevdanı elə yayım...
Nəqərat:
Necə susum, necə danım?
Səni sevdim, səni andım,
El içində mehribanım...
[ Şövkət Ələkbərova ] еще тексты
Другие названия этого текста
- [ Şövkət Ələkbərova ] - Mehribanım (0)
- [ Brilliant Dadaşova ] - Mehribanım (0)
- [ Şövkət Ələkbərova ] - Mehribanım (0)
- Brilliant Dadaşova - Mehribanım (0)
- [ Natəvan Şeyxova ] - Mehribanım (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1