Xəzərinin sinəsi gah zil, gah da bəm olur, Yarpaqların, güllərin niyə hərdən nəm olur? Səndən ayrı düşəndə sinəm dolu qəm olur, Səndən ayrı düşəndə sinəm dolu qəm olur, Qucağında Xəzərin yatıb dincələn Bakı, Qarı, çisgin yağışı əyri, köndələn Bakı. Qucağında Xəzərin yatıb dincələn Bakı, Qarı, çisgin yağışı əyri, köndələn Bakı. II
Hələ neçə küçəndə güllər dəstələnməyib, Hələ neçə nəğmənin xalı bəstələnməyib. Yüz il ömür sürəydim bir gün xəstələnməyib, Yazaydım, yaradaydım şən nəğməni mən, Bakı, Söyləyəydim hər yanda onu ürəkdən, Bakı.