http://vk.com/azerbaycanmusiqisi
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Bəlkə mənə bir sözünüz var sizin?
Buruq qazır mənim ömür yoldaşım,
Qayıdır mı qucağından dənizin?
Körpəmizi yatırmışam indicə,
Beşiyinə ay nurunu səpələr.
Sevgilimdən xəbər verib gizlicə,
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Gecə keçir, ay dolanır üfüqdə,
Göy xəzərin sinəsində meh əsir.
Ah tez olun, darıxıram, ey sular,
Müjdə verin, sevən qəlbim tələsir.
Mavi sular, sevgilimə yol verin,
Qoy qayıtsın alını açıq, üzü ağ!
Çünki qızıl Abşeronun oğluna,
Bir adətdir zəfərlərlə qayıtmaq.
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Bəlkə təzə bir sözünüz var sizin?
Buruq qazır mənim ömür yoldaşım,
Qayıdır mı qucağından dənizin?
Körpəmizi yatırmışam indicə,
Beşiyinə ay nurunu səpələr.
Sevgilimdən xəbər verib gizlicə,
Pıçıldaşın, pıçıldaşın, ləpələr!
Söz: İslam Səfərli
Musiqi: Andrey Babayev
Şövkət Ələkbərova еще тексты
Другие названия этого текста
- [ Şövkət Ələkbərova ] - Ləpələr (0)
- Şövkət Ələkbərova - Ləpələr (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1