#1 (Gunay): Bir təbəssüm ətrafa gülüşlər saçar Solğun çöhrələrdə hər an sevinclər, ümidlər, çiçəklər açar Bu bahardan yazıb heç vaxt yorulmaz qələm Bir nağılın səhifələrinə dönər ötən dəqiqələr
Nəqarət (chorus): Fəsillər dəyişsə də payıza bürünüb bu şəhər Sevgilər solur, və gözlərdən axır Bir səhər pəncərədən baxıb günəşi görəndə Bildim ki, bir bahar var, buludların ardında gizlənən
Gör, biz hələ xeyli uzaq düşmüşük Bu izlərə güvənsək bəlkə çata bilərdik o üfüqlərə Tək deyiləm mən, ümidlərim var yanımda Həyat gözəldir, onu gözəl gördüyün qədər
#2 (Ayan): Bu həyatda insana sevgilər qalar Dolğun sətirlərə sığmayan duyğular, dəyərlər qəlblərə sığar Nəğmələr doğar günəş qürub etdiyi zaman Onları birgə pıçıldasaq sonsuzadək uzanar
Sonluq (Eldar): Gün gələr buludlar çəkilər Səma gülər, onda itər bütün kölgələr Sanma çətindir həyat, həm də deyil çox asan Yollar açılmaz sənə addım atmasan