Biz – Rap.. Rap – Söz.. Söz – Düz.. Düz – Yol.. Yol əks, tez, keç.. Yüz ölç, bir biç..
[Bura haradı? – Bakı..]
(verse:Felon de Jure) Qaranlıq şəhər, boş şəhər Dörd fəsli də qış şəhər Gündə iş şəhər Çıxır düz şəhər Xoş şəhər, hərdən Amma çox zaman kədərli Gündə bir geyimdə Amma içi zibildi, içi zəhərli Hər tərəfdən gəlir ingilislər içinə, Bakı Onlar bizə baxır, sanki baxır itinə, Bakı Düzülüb tinə, Bakı.. Avaraların, Bakı.. Günləri küçədə, yoxdu xarabaları, Bakı Bakı, hər küçəndə gəzmişəm mən Hər küçəndə olmuşam mən Hər küçənə tüpürmüşəm mən Üzünə sanki, hər keçəndə Süzülür indi hər küçəndə Hər bir qız keçəndə Ağzının suyu tökülür biqeyrətlərin, Bakı İllərim, Bakı.. Keçdi səndə günlərim, Bakı.. Çox heyif ki, səndə yaxşı heç nə görmədim, Bakı Gördüyüm kədər, Küləkli, yersiz səhər Təzə bazar, Göy Xəzər Yox, Qara Xəzər – Bakı..