Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

***X-AU-S*** - Veten Xaini | Текст песни

"İnsanlar məni yaxşı tanıyır, bilib, mənə inanırdılar
Üzdən sığınacaq tapıb içdən talanırdılar
Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım
Millət acından qan qusanda mən milyonlar yığırdım
Mən çıxırdım bərəkət üstündən əzirdim,basırdım
Kiminsə xəbəri yox mən günahsızları asırdım
Yazırdım yuxarılara ki qonşum millətçi şairdi
Dilini kəsin, qələmini qırın o buna layiqdi
O, yazır həqiqətləri mən isə gizlədirəm
O,sevir azadlığı mən isə istəmirəm
Mən satıram qadınları, orqanları, torpaqları
Ətrafıma yığıram yaltaqları, qorxaqları"
Yazmışdı son məktubunda vətən xaini

(2)
"İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar
Əslində alçaq biri idim məni dahi sanırdılar
Mən qatdım haramı halala ki, heç nə günah sayılmır
Siğədən nə qədər uşaq öz atasını tanımır
Silah al-veri, sektalar və bir sıra məsələlərdi
Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi
Fəlakətlər, faciələr, kütləvi qırğınlar
Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar
İnsanlar boğulur kədərində, batır qəhərində
Mənə təsir etmirdi fəryad çadır şəhərində
Əllərim qana batıb qatı cinayətkar, cani..."
İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini

***X-AU-S*** еще тексты


Другие названия этого текста
  • SessizLikeden GeLeN SeS - !!!!!!! (7)
  • ***X-AU-S*** - Veten Xaini (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1