Köhnə kaset prokat, yenə yığılmayıb krovat Kreslomda yayılmışam, ayağlarım rahat Baxıram: bi`dənə fahişə axıra qədər doladı 6 nəfər gənc oğlanı Hamısı necə fağıra Beyin çöndü Belə filmlər hamısı çəkilir harama Külqabını tulladım – dəydi ekrana Durdum, siqaret yandırdım, oturdum Bi`dənə qurtum çaydan uddum, Şamxala zəng vurdum Neçə dəfə yığdım bilmədim, həm də saat beş`di “Bu nömrəyə zəng çatmır” – qız başımı deşdi Niyə sə evdə səssizdi`, bütün hisslər ölüb Ya da donub bütün daş-divar , əsəbi üzümü görüb Fikirə getdim indi nəsən 70-ində osan ??? Arvad səsi vaydı-haydı, bilmirəm nə haydaydım Şəpitlərimi geyindim tez, iki dəqiqəyə qapıdaydım Döyüntülərim artır, həm də nəfəsim ağır gəlir Arvad səsi yüksəlir, yoxdu` bunda səbr Aşağı çəkdim əl dəstəyin – elə ki açım qapını Qanım dondu ?? önümə duran qadını Qan səpilib bütün bloka, qıp-qırmızı qapı Bu o filmdəki fahişə qadın...alnında külqabı