Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Xpert - Sheyx | Текст песни

[Verse 1]
Mənim yanaqlarım Rəbbimdən utandıqca yanacaq
Yalançı göy qübbələrini xəncər kimi sancaq
Quduz balaca gədə bu psixobu balaca gədə vandal
Üzməməlidir buruqlarda, vurun ayağına qandal!
Sevgim kimi ötkəm, bədbin kimi görkəm
Səbrim kimi söykən sinə qəbrim kimi möhkəm
Günəş alışdıqca səhər duman dolub qoruğa
Dərddən dağa dönən dağlar od buraxıb kruqa
Mürdəşir dodaqlarıma kömək olarmı ayinlər?
Gözlərim quru bir o qədər, ovcum daim tər
Cəhdim hədər hər dəfə, hündür bu həndəvər
Yaxşılar tez gəbərir, gec ölür xainlər...
Issız adam mən, mənsiz adalar ıssızlar
Arılara yekə iynə soxaram, arılar vızvızlar
Daban suluq, sızlar ayaq, düşmənimdir duzlar
Bir də gecə sizi parçalıyıb oğurlayan qızlar...

[Hook 2x]
Hey, doldur mənə, Mey
O meydən ki, Şeyx, tökə tuluğuna
Qəti alkoqol olmasın
Ney, Səsi qulağıma, De, Desə qırağına
Şeyx, tək idi amma ona xəbər elə dolmasın
[Verse 2]
Solçuyuq biz! O qədər Solçuyuq ki
Sonda Solçuluq da qəbul etmez bizi, hara qeder bu yolçuluq?!
1 idi niyəsə 4, 6, 8 oldu Kent
Hər ölənə abidə qoysam, çatmayacaq sement
İtirdiyim beş kəs mənə beş barmaq kimidir
Gedənlərin acısı solmaz, beşbarmaq kimidir
Altda bir baş üstdə - Kim?
Altda bir daş üstdə - Nə?
İnsan adlı kəs faşistə belə deyəcək baş üstə..!
Yuxuda durub diksinərəm çıqqıldasa metronom
Şəhriyarda sevgi nə qədər, metrolarda vaqon
Sahilimdə günəş yoxdur, adamlarsa buzdan
Ətdən, qandan mənəm, tək Allahımdır ustam..!
Qum çölündə qorxuluq, tərpənim, yelləyim mən
Bədən saman, libas pambıq ipliyindən
Dedi ki, Şəhri sağol gedirəm, halal elə haqqını
Bircə damcı özünü aşağı atdı kipriyimdən...

[Hook 2x]

Xpert еще тексты


Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 3