Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Xpert - #Yax?i (Official Music Video) | Текст песни

Yaxşı, köpək balığı ağzın(ı) açar, düzər kant’a naxış’ı
Atar salto, üzər fontan axışı
Haşa - uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit – mən!

Verse 1.
Bir şey deyim; Synaps, All in yaxşı bilir işi
Bura, hər təbəqədən hər kəsimdən MC-lərin beşiyi
Qafiyə axtarmıram heç, özləri məni tapır
Bizim uşaqlar da bilir başım köhnə kitab yeşiyi.
Nə olsun ki, külliyata bu qədər adam heyran
Hər konsertdən sonra acılı toyuq dönəri ayran
Biz evdə bişən şiriniyyatlar(ı) aşırdırıq çaynan
Maşınımızda asta səslə Kürdəxanılı Bayram.
Mən belə tip şeirlərin gündə on-un yazım atım
Nə fayda?! itib gedir qarın qatım
Ki, baxış yüz minləri vurdu deyəmi harınladım? (Yox, yox, yox)
Hər gün işdən ayaqla, şəhərə düşdüm - arıqladım.
Köhnə tükənmiş MC-lər, tüpürmüşəm – silər!
Dəbdən düşən, özkeçmiş’ə tüpürmüş MC-lər
(Güya ki) mənə atılan atmacalara gülürmüş MC-lər
Dedilər “All in Label” arxasından hürürmüş MC-lər,
Dedim:

Nəqarət (x2)
Yaxşı, köpək balığı ağzın açar, düzər kant’a naxış’ı
Atar salto, üzər fontan axışı
Haşa - uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit – mən!

Verse 2.
Həkk elədim musiqiləri yazarların kitablarına,
Oxusunlar başımı qatım, dirəşməyim ki day bunlarla
Gecələr düşünürəm ki, xeyli sonra dinləyəcək pickup’lardan
Oğlum məni öyrənəcək kitablardan.
(Sonra) qərara gəlib qarışdırdım ədəbiyyatla rep biliyimi
Ədəbiyyatımı xodlayan elə rep biliyidi
Yadıma gəlir “Makar10” albomum çıxanda DMB idim
Amma hamı gəldi təqdimata, o vaxt rep bir idi.
Repçi yaxşı proektləri alındırar asan
Əgər gündə xeyli məşq edib, demo-lar hazırlasa
Necə ki, uğur tapan musiqiləri yazan Şəhri yol yortub
Düz altı il avtobusla Xirdalan ilə, Qafqaz-a.
Ağır uşaqlıq keçirən gəlib bizlə oynamasın!
Ciddi işlər olan yerdə yoxdu sizlə oynayasım
Mən başqalarını bilmirəm amma
Bir də bizimkilərə soxuşdurma(ginən) rep adıyla oyun havasın!

Nəqaərt (x2)
Yaxşı?! köpək balığı ağzın açar, düzər kant’a naxış’ı
Atar salto, üzər fontan axışı
Haşa - uzaq durun, haşiyələr çəkin
Naşı yazarların üstlərində raşit – mən!

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-