Getdin, ürəyimdə söz qoyub getdin Eşqimi unutdun, bitdi! "Aramizda hər şey bitdi": dedin sən Getdin, bir ildən sonra geri gəldin Yenə hər şeyi dəyişdirdin Söylə indi sənə mən nə deyim, bilmirəm?!
Chorus [x2]:
Mən başqasını sevirəm! Sevgi var həyatda Mən başqasını sevirəm! Hər şey qaydasında Mən səni hələ sevirdim, yollarımız ayrilanda. İndi başqasını sevirəm, sən sevgisiz qalanda!
Verse : Elşad Xose
Olanda qızılgül, tikan olardım Batardım, sənə yaxın gələn əllərə Olurdun ağıl, olurdum dəli Sənə olan ehtiyacım üçün dəlil Qızıl olsaydın əgər, zərgər kimi Qoruyardım səni bir əsər kimi Sən olanda yuxu, mən olurdum gecə Həyatı, yuxuya çevirim necə? Qaldın yenə sevgisiz Ürəyinə batdı biz Yenə çörək altda diz Boşa çıxdı əhdimiz Çıxardirdin məni özümdən, çıxırdım sanki dağa-daşa Çıxırdın mənim sözümdən, bilirdim, dəyəcək başın daşa… Danışığın sərt Gündə min cür şərt Min bir dərd Sevgimiz haqda ulduzlar edirdi bəd vəd… Götür apar, gör nəyin qalıb?! Şəkillərini, daş-qaşını… Özün özünü məndən alıb, sevdirdin mənə başqasını! sevdirdin mənə başqasını…
Chorus [x2]: Yaşar Mən başqasını sevirəm! Sevgi var həyatda Mən başqasını sevirəm! Hər şey qaydasında Mən səni hələ sevirdim, yollarımız ayrilanda.İndi başqasını sevirəm, sən sevgisiz qalanda!