Gün keçdi Əzizim, baxtı yarım Baxtımın taxtı yarım Üzündə göz izi var Sənə kim baxdı yarım?! Lələnin harayından, Əl yetməz harayından. Gündə bir kərpic düşür, Ömrümün sarayından.. Əzizinəm bir də mən, Doldur içim bir də mən. Ömür keçdi, gün keçdi, Cavan olmam bir də mən...