Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Yasin Zade - Paragraf | Текст песни

Pesni.guru - сайт для Гуру

Verse

Mən hər şeyi yola verərdim ama təəssüf ki bu həyatdı
Arzularımı sahilə cızmışdım dalgalar vurub apardı
Yollara baxardım mən həmişə pəncərədən Gecələrsə ay ilə birlikdə səmaya ulduz taxardım
Yorulmuşam yorğunluqdan, sığınacaq yerim var artıq
Səhv yazılmış hərf kimi gizlənəcəm sətirlərdə
Vaxt var idi danışılan nağılların dərinliyinə varardıq
Sehrli illər tez uçub gedir, indi başlayır hələ kimlərdə
Böyüdükcə anlayırsan kim dostdu və kimdi düşmən
Və güvəndiklərin vurur zərbə arxadan üzdə gülüşnən
Yenicə sevgiyə inanıb yaşamaq istərkən əsl eşqi
Ömür keçirməkçün balaca tələ olduğunu başa düşürsən
Qaça bilirsən düşünürsən ama yolun axırı durduğun yer
Və tikirsən bilə-bilə ki, söküləcək qurduğun ev
Yığılıb bir küncə vicdanını əlində saxlasanda
Həyat qollarını kəsəcək və düşər əlindən tutduğun şey
Yalan olsun ya olmasın ferqi yox yalan həyatda
Sıfırdan başlamaq lazım gəlir bəlkə də az qalıb vaxta
Hər bəxtə bir açar verdi Tanrı axtaran tapacaq
Mən açardan daha çox qaldım Tanrını axtarmaqda
Seçdiyimiz yollar və yaşadığımız həyat tərzi
Hər kəs öz düşüncəsinə uyğun onsuz qurur nəbzi
Kimlərsə yenicə başlayır üzməyə kimlərsə batır
Bəlkə də indiki zamana lazımdı Nuhun gəmisi
Səmalar doğma mənə hər gecə baxdığım ulduzlar
Bilirəm əlləri və gözləri göyə tutur ancaq yolsuzlar
Və bu yazdığım sətirlər hələ də buraxmır məni
Bağlayacam nə vaxtsa bu kitabı onsuzda Yazacaqdım alın yazımı ama yazdım bu şeri
Yenə də yazardım zamanı döndərsəydilər geri
Öyrəndim artıq bilirəm sabah da bu günüm kimidi
Və bir də keçmişi yada salmağın yoxdur xeyri!


Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-