Bu oyunların sonuna udan uduzan dedilər Yazdığımız sətirlərə güldülər asan dedilər
İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət Allahu Əkbər! deyib oxunsun Azan dedilər
Öz əsərlərində yaşayanlar ölmür yazıb dahilər Unudulduğunuz yerlərə Fəxri Xiyaban dedilər
Yelkənsiz gəmiləri sahibsiz buraxan sahillər Boğulan insan görüb qoy ölsün nadan dedilər
Daşlanmış qadının fəryadı göyə sovrulanda Şəriyyətdə belədi qanun buyurub Qur’an dedilər
İnsanları niyə bədbəxt elədiniz? Soruşanda Bizlərdə nə şərəf var nə də vicdan dedilər
Küçədə yatanların ağrı əzabı gözə görünməz Sökülən daxma yerinə tikilir fontan dedilər
Dedilər Şəhidlər ölməz guya ki Vətən bölünməz Satılan Torpaqların şərəfinə şampan dedilər.
(NƏQARƏT) \"Müharibə davam etsə tökülər qan\":dedilər, \"Bizə vacib həyatda pul birdə can\":dedilər. Bəs Vətən, şəhidlər, itirilən Torpaqlar? \"Bilmirik nə qədər itirib Azərbaycan\":dedilər.
II
Mətnimə yaşadan sətrimə dərman dedilər Sinəmə orden taxıb qətlimə fərman dedilər
Qəlbdə bağırırdım üzdə it kimi hürürdüm Sən hür yavaş-yavaş gedir karvan dedilər
Analarımın tapdalanmış haqları unuduldu Xaşxana fahişələrinə şöhrət ilə şan dedilər.
Şuşada Xarı Bülbül solub quruduldu Günahkar biz deyilik rus və köçəryan dedilər
Benzin bahalaşmasaydı özümüzü yandırardıq Benzin nəyivə gərəydi elə-belə yan dedilər
Biz qansaydıq hamını qandırardıq Niyə bizə nökər özlərinə xan dedilər
Batdıqca batırıq günah ümmanında Ölün batın qalın lüt-üryan dedilər
Okaberəm yığışdıq Canavar Ünvanında Nədi canavar? Hansı ünvan dedilər. Bu oyunların sonuna udan uduzan dedilər Yazdığımız sətirlərə güldülər asan dedilər