Fərz eləmədən, Ərz eləmə Kainat da tək qalanda Mərmilərimi gizlədim və izlədim ki, Dünya boş kitabdan ibarət Yaşlı bədənə olma itaət Bütün mal mülk bu günlükdü Bədənin sənə agır yükdü Səmaya uçan quşa atılan bir ox gördü gözlərim Bildim özüm əsdi dodaq bitdi artıq sözlərim Bilməm nəyə özləmim Lyric lərimdə boşluq var Anlamazlar düzələ bilər Bəlkə hərşey xoşluqla Özümdən nə qədər qaçdımsa Özümlə o qədər çox tanışdım Barışmam dediyim insanlarla yenidən barışdım Bu nə cür bir yarışdı Anlamasa da istər bəndə yarışmaq Nə var nə yox dağıtmaq Bir addım uzağdasan... Hardan biləsən sən Düşüncələr toqquşanda dalğa kükrər gözlərində Sözlərin də doğru olan yanlış olur əməlində Cinas gördü bunları Yazdı zaman dəftərində.
Bir addım uzaqdasan, əslində yaxın amma ruhun uzaq diyar yolçusu Mən bilməm boşluq dolacaq nə zaman solacaq şəms bəlkə də ay...
Baxışlarım güzgülərdə hər damara üsyan etdi, Nüsrətidə bilinmədi Yeni bir dünya zamanist etdi. Üstümü örtən yağışlar Göz yaşımda qərqmi oldu, Kor düyümdədi naxışlar Kəsilərkən pucmu oldu soldu Boldu yenə də baxışı naxışa bu gün tərk edən Yarışa yarışa barışaraq da naxışı baxışa bənzədən Əlimdən alın qələmi Gecələr ilham pərim, Mürəkkəbim qələm sələmim Yazdıqlarım alın tərim. Harama uzanan əllərim də Kəsiləcək bu yollarımda, Su vermədiyin çiçəklərdə Vaxt gələndə solarda Mən zirehli bir döyüşçü Sən bu yolda ölən pasivist Daxilimdə Təxribatçı Sənə görə mən bir pessimist Aldım əlimə qələmi qələmin tələbi yarama məlhəm oldu Farz dedilər sümüyə dirədi Dar günümdə düşman oldu Bədbin adama döndüm Ölümü gözümün önünə aldım Raymlarımda özümü tapdım Həmişə ağladan və ağlayan oldum.