Verse 1. Dərdlər xirtləkdə sona qədər mübarizəm, Coins var Qadın biznesində ancaq pul var amma Harda şəxsiyyət, ar ? Məni tanımamışdan qabaq özünü isbatla Sənə bol şanslar Biz ghetto life, bizi dinlər ghetto’lar Sistem var, sərf edər şərəfsizlərə fuck onlar Fələstində qan tökülür tonla Altı arvad’la əylənən, cənnət vəd eliyən molla Dünyanı fəth eliyən təşkilatlar İdarə edər dünyanı, hər dəfə fərqli adla Əgər, yer ibarətsə yeddi qatdan partlat, Qır sərhədləri, buna mən göz yumub yatmam Siz kəşf eliyin emoluğ Amma əmin olun, heçdə hələ də bilmirik, Hara aparır bizi bu yol. İnamı tapdalayan, beş sifətdə on min don, Milyardlar içindən bizə qalan neçə milyon ? [Hook] Verse 2. Toplayın məlumat, mən gördüyümdən yazan şair, Hər sətrim biraz qum, öz qəbrin qazar şair, Gördükcə ədalətə, haqsızlığı, azar şair, Anarxistəm amma dövlətində bazar şair. Körpələr qətllərdə öldürülür, şərəfsiz bax, Vurdun şərəfdən dəm, igid anasının göz yaşı ah, Ahuzar, torpağımda ahuzar, Mənimdə öz torpağımda ahım var Sayırsan barmağla ölümə atdım hər gününü Mən sizə sərf elədiyim hər ilimi, hər birini, Hər biriniz, hər bir iz yada salır, hər dirini, Hərənin özünə məxsus torpağının hər dilimi Mən ilham aldım ancaq, cənnət pərilərindən Və qovuldum cənnətdən onların əlləri ilə Heç deyil, yada salın cənubu hərdən, birdən Mən bir yarım Ankara, digəri Ərdəbildə. [Hook]