Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Zəlimxan Yaqub - Gəl şəklini çəkim, Dünya | Текст песни

Şəkil çəkmək istəyirəm,
Gəl şəklini çəkim, Dünya,
Rəssam olmaq təbim gəlib,
Gəl şəklini çəkim, Dünya.

Ruhum gəzsin ahəng ilə,
Əlim oynasın rəng ilə,
Çirkin ilə gəşəng ilə,
Gəl şəklini çəkim, Dünya.

Gözündəki nəmi çəkim,
Qəlbindəki qəmi çəkim,
Tufan çəkim gəmi çəkim,
Gəl şəklini çəkim, Dünya.

Quzğun kimi leş alansan,
Yeki verib şeş alansan,
Beş verib on beş alansan,
Gəl şəklini çəkim, Dünya.

Behmen ile arxın ile,
Tez-tez dönən çarxın ilə,
Sevgin ilə qorxun ilə,
Gəl şəklini çəkim, Dünya.

Bircə bəndə sevirmisən,
Çox saraylarda ölmüsən,
Məni şəkile çevirmisən,
Gəl şəklini çəkim, Dünya.

Namərd yoxsa mərd göstərim,
Yumşaq yoxsa sərt göstərim,
Özün boyda dərd göstərim,
Gəl şəklini çəkim, Dünya.

Səninlə əkə bilmirəm,
Bir könül tikə bilmirəm,
Dərdini çəkə bilmirəm,
Gəl şəklini çəkim, Dünya.

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-