Bu dünyanın bir adı var canım mənim məmləkətim, Günəş kimi daim yanar Odlar yurdu məhəbbətim, Qoy ucalsın zirvələrə o yenilməz bayrağımız, Qayıdacaq bir gün yenə hər bir qariş torpağımız.
Hər bir elin var öz yeri var mənim əlim doğma diyar, Gözəllikdə o bir bahar gələcəyə işıq saçar, Qurban olum Azərbaycan bu müqəddəs torpağına Baxib igid övladina qoy sevinsin hər bir Ana.
Öz sözü var, hörməti var ölkələrin arasında Belə gözəl, belə zəngin var dünyanın harasında? Vətənimin məğrur gücü, öz ürəyi. ilhamı var, Xoş günlərə gedən yolda bir əbədi bayramı var.
Hər bir elin var öz yeri var mənim əlim doğma diyar, Gözəllikdə o bir bahar gələcəyə işıq saçar, Qurban olum Azərbaycan bu müqəddəs torpağına Baxib igid övladina qoy sevinsin hər bir Ana.