Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Айла:*+Сура:* - Isteme..(( | Текст песни

İ İS-TƏ-MİR-ƏM

İstəmirəm LCD ekran televizor, 600 kanal
İstəmirəm 8800 polifonik tonal
İstəmirəm Adidas Versace Dolce Gabbana
İstəmirəm həm dəbli geyim həm dəbli saç uyğun zamana
İstəmirəm McDonalds BigMac Pizza Portofino
İstəmirəm tuz oğlu olum nə də ki arlekino
İstəmirəm villa ömürlük sığorta
İstəmirəm qonşu ac olanda gedim kurorta
İstəmirəm tülkülərdən sonra yuxarı qoyunlar gəlsin
İstəmirəm yasım olsun tanımadığım qohumlar gəlsin
İstəmirəm populyarlıq şöhrət hamı məndən danışsın
İstəmirəm məndən başqa həyatıma kimsə qarışsın
İstəmirəm demokratiya
İstəmirəm restavrasiya
İstəmirəm azad seçki, dünyaya inteqrasiya
İstəmirəm qərb mədəniyyəti avropasayağı toy
İstəmirəm oğlum desin bir gün “Ata, oldum ‘qoluboy’.”
İstəmirəm valideyinlərimin puluyla özümü saxlıyım
İstəmirəm yalandan gülüm, ondansa içdən ağlıyım
İstəmirəm ölüm geciksin ya da ki tez gəlsin
İstəmirəm döyüş vaxtı yataqda gözümü bağlıyım
İstəmirəm gücüm artsın – artsın ondansa cəsarət
İstəmirəm pullarda xoşbəxtlik, kağızda ədalət
İstəmirəm sevgi xəyanət sonu hamısının
İstəmirəm gələcəyimə falçı baxsın
İstəmirəm yəkəpər bədən ondansa sürətli zərbə
İstəmirəm sizdən alqış
İstəməyin məndən səhnə
İstəmirəm fərqlənmək fərqli görsənmək üçün
İstəmirəm yalan hörmət içində gizlənmək üçün

İS [istiqamətim fərqli]
TƏ [tərki-dünya qara dərviş]
MİR [miras qaldı mənə keçmişim]
ƏM [əmrimə sadiqəm]

Hәr sәyfә mәnim, mәn dә sәyfәnin
O, mәn, birdә әldә qәlәmim
Söz güclü amma deşmәz düşmәni
Tut baş hәriflәri, budur mәnim …
stəmirəm dörd təkər ona-buna şou göstərmək üçün
İstəmirəm pulla alınmış diplom ağıllı görünmək üçün
İstəmirəm yaşayım ömrümü valideyinlərin hesabına
İstəmirəm istəməsəm də şahid olum gəncliyimizin halına
İstəmirəm şəhərdə hörmət əgər təsbehlə ölçülürsə
İstəmirəm cəmiyətdə qiymət qiymət geyimə verilirsə
İstəmirəm şan-şöhrət özümü gözə soxmalıyımsa
İstəmirəm yaxşı oğlan olum çayxanada qocalmalıyımsa
İstəmirəm rus dilini bilməyənə yuxarıdan aşağı bax

Айла:*+Сура:* еще тексты


Другие названия этого текста
  • H.O.S.T Alliance - Istemirem (Aid, Dervish, Qaraqan, Promete) (0)
  • H.O.S.T Alliance - Istemirem - http://vk.com/azerimillet страница Азербайджан Рулит (0)
  • Айла:*+Сура:* - Isteme..(( (0)
Видео
Нет видео
-
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1