Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

|̳̿В̳̿∰ RUSLANA |̳̿В̳̿|∰ - Host-qel ucaq Praqaya | Текст песни

Gəl uçaq Avropanın içinə harasa, Praqaya,
Ya da Paris, bizi parfümlə qucaqlasın..
Yaşaya bilmirdik biz insanların arasında,
Orda var Kolizey, Romada gəzək ayaqyalın..
Uçuraq çərpələngləri Hilton otelinin damından,
Tullayaq pasportu Venesiyada axan çaylara..
Ya uçaq kosmosa, orda olaq kosmik toz,
Ya kiçik asteroid, ürək formalı kometa..
Sən gizlən Tibetdə, axtarışa çıxım Floridadan,
Səni mənə sürpriz elədi həyasız Kaliforniya..
Mən yenə də qayıdardım səni itirdiyim günlərə,
Hər dəfə səni görəndə necə keçirirdim fobiya..
Mənim həmişə zəhləm gedib yarımçıq romanlardan,
Bəlkə sevgi əbədi, bəlkə ayrılıq insanlardı?
Və böyük xoşbəxtlikçün lazımdı böyük pullar,
Lazım olarsa, gedib bank yararıq Ermənistanda..
Təki sən mənlə ol..

Səni axtarır mənim gözlərim,
Amma qarşımı tutub dənizlər, limanlar..
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq,
Sənin qaranlıq gözlərin xəyallarımda, yuxularımda..
Axı biz bu qədər fərqli insanlar,
Ona görə də sevgimiz belə qəribədi..

Sən mənim cavab verməli olduğum ən çətin sualsan,
Mən sənin bütün suallarına ən dəhşətli cavab..
Əlimdən bərk yapış, heç qorxma, yıxılmazsan,
Mənə güvən, çiyinlərimdə çox möhkəm qanad..
Biz sanki Bony and Clide, sevgimiz təhlükəli,
Ülgüc üstündə tanqo, rəqsimiz davam etsin..
Dayanmasın orkestr, maestro, bir də başdan,
Zəhmət olmasa, por favor, merci, gracias..
Sənin qızıl saçlarınla oynayırdı külək,
Mən isə qısqanırdım dodaqlarına yağan qara..
Və bir gün tutub əlindən sənə desəm gəl gedək,
Mən yüz faiz bilirəm soruşmayacaqsan hara..
Qaçırıb evdəkilərdən səni bir gün uzağa,
Neapol, ya da Madrid, ya yenə də Kaliforniya..
Zümrüd gözlərindən oxudum, sənin içində sevgi,
Sən razısan mənimlə getməyə lap daxmaya da..
Təki mən sənlə olum..

Səni axtarır mənim gözlərim,
Amma qarşımı tutub dənizlər, limanlar..
Sən çox uzaq, mən çox uzaq, sən çox uzaq,
Sənin qaranlıq gözlərin xəyallarımda, yuxularımda..
Axı biz bu qədər fərqli insanlar,
Ona görə də sevgimiz belə qəribədi..

Другие названия этого текста
  • ☾☆ - Səni axtarır mənim gözlərim... (1)
  • ღ H.O.S.T ღ - Praqa (0)
  • Host - Gel Ucaq Praqaya (0)
  • AR (ღ H.O.S.T ღ ) - Praqa (0)
  • Aze - Host qel ucaq Praqaya (0)
  • |̳̿В̳̿∰ RUSLANA |̳̿В̳̿|∰ - Host-qel ucaq Praqaya (0)
  • Host - Gəl uçaq Praqaya (0)
  • H.O.S.T [ Qaraqan ] - Praqa (vokal:Ayka) (0)
  • Azer Rep - Host-qel ucaq Praqaya (0)
  • Royal <<ШЕКИНЕЦ>> Rasulov - Host-qel ucaq Praqaya (0)
  • H.O.S.T Alliance - Gel ucaq Praqay (0)
  • Azerbaycan rap - Host-qel ucaq Praqaya (0)
  • азербайджанский рэп - Host-qel ucaq Praqaya (0)
  • (¯`*•.¸♥Gizil Gul♥¸.•*´¯) - Host-qel ucaq Praqaya (0)
  • Qaraqan - Sen Uzag (0)
  • Qaraqan(HOST) - Praqa (0)
  • Nazli ☾⋆ Bala - Host-qel ucaq Praqaya (0)
  • Tural K - Praqa (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-