Mənim sevgilim, sən hamıdan gözəlsən,
Cənnəti təsvir etsəm çəkərdim sənin rəsmini.
Səhifələr tükəndikcə sanki bitir hər şey,
Mən kitab olsaydım, adım olardı \"Sənin səhvin\".
Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan..
Mən mahnı olsaydım susub səni dinləyərdim..
Əzab ver, qorxma, sevgidən ölmür heç kim..
Mən ürək olsaydım səni çöldən bağlayardım...
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sənə mən gül verdim, sən isə sevdin tikanların..
Uçmaq istəsən göyə çıxmaq lazım deyil,
Qəlbim sənin səman, sevgim isə qanadların...
Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır,
Mən dünya olsaydım fırlanardım başqa səmtə.
Sənin əksini sevdim, ürəyini tapa bilmədim,
Ürəyin olsaydım yəgin gizlənərdim mən də.
Dairəni sevmirəm, çünki küncə qısılmaq olmur,
Küsəndə külək kimisən, sənə toxunmaq olmur..
Sən hər dəfə əsdikcə yanaqdan axır sel,
Dünya fırlandıqca fırlanır bizim karusel...
Üzündəki xal - ürəyimdədi xal.
Gündüzlər getmə, get.
Gecələr qalma, qal.
Yadına bir də sal - Marsel.
Fırlanır karusel...
Mənim sevgilim, sən hamıdan gözəlsən,
Sən mənim hər şeyimsən, qalsaydın doymazdım..
Cənnətdə görüşmək üçün gərək əbədi sevəsən,
Mən cənnət olsaydım bu qədər şərt qoymazdım..
Dünyanı gözəl göstərmək üçün hərdən uydurursan,
Mən yalan olmuşdum, səni onda mələk etmişdim..
Sənə tərəf hər addım atdıqca təzyiq azalır,
İtmiş şəhər olsaydın ora çoxdan getmişdim..
Sevmək üçün hər şey var, bu dünya əliaçıqıdır,
Qaça bilmədiyin dərddən zövq al, ya da barış..
Xəstəlik olsaydın, olardım yaddaşsızlıq ki,
Unudaq olanları, yenidən olaq tanış...
Mənim sevgilim, sən bu gün çox gözəlsən,
Mən həyat olsaydım bu qədər şirin olmazdım..
Sənin eşitməyin üçün demirəm mən bu sözləri,
Mən sevgi olsaydım sözlərdən yığılmazdım..
Yuxuna gəlsəm də tez oyadacam ki, tez gedim,
Qoy mən damcı gözündən axandan daha tez gedim..
Sən ağladıqca həyat yollarımdan axır sel,
Dünya fırlandıqca fırlaır bizim karusel...
Üzündəki xal - ürəyimdədi xal.
Gündüzlər getmə, get.
Gecələr qalma, qal.
Yadına bir də sal - Marsel.
Fırlanır karusel...
☆ Гαćьłм ☆ еще тексты
Другие названия этого текста
- I'm Alone - Karusel (0)
- HOST-Aid - Karusel (0)
- H.O.S.T - Karusel (0)
- ☆ Гαćьłм Лале ☆ - ♫ karusel (0)
- Аиша, - karusel (0)
- ☆ Гαćьłм ☆ - ♫ karusel (0)
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1