Mən bu elin qızıyam, anamdır Azərbaycan, Mən onun sinəsinə, sinərəm zaman zaman, Böyüyüb boy atmışam, saf suları qanımdır, Uca dağı vüqarım, torpağı dərmanımdır.
Fərhad dağda külünglə, surətimi qazırdı, Şirin sədaqətini tarixlərə yazırdı, Qərib bir xəzərliyəm, Koroğlunun Nigarı, Nəbiyə Həcər olub, dolanmışam dağları.
Demirəm bir dənəyəm, Gözəllik ulduzuyam, Hər evin öz evladı, Azərbaycan qızıyam.
Bur torpaq gözlərimə, öz rəngindən rəng veribdir, Səsimə öz səsindən, sular ahəng veribdir, Ay verib ayrısını, lalələr dodağımı, Günəş şəffəqlərilə, boyayır yanağımı.
Fərhad dağda külünglə, surətimi qazırdı, Şirin sədaqətini tarixlərə yazırdı, Qərib bir xəzərliyəm, Koroğlunun Nigarı, Nəbiyə Həcər olub, dolanmışam dağları.
Demirəm bir dənəyəm, Gözəllik ulduzuyam, Hər evin öz evladı, AZƏRBAYCAN QIZIYAM!