Gecə hava limanı, yarım uçur uzaqlara Səma onu çağırır, onu qisqanacam biuludlara Sözlər düyümlənib dönüb oldu bir sms Məni unutma.. Məni Unutma...
Gecə hava limanı, müvəqqəti ayrılıqlar, Yollar canımı sıxır, yenə yağır bu yağışlar, Sözlər çox olsa da, iki kəlməyə sığışar Məni unutma... Məni unutma...
Səni də, məni də Gəzdiyimiz küçələri də Saatın əqrəblərini də Dəyişir Bakı-Moskva...
Niyə həsrət niyə bizə? Heyif olur hər ikimizə Gizli qalan sevgimizə Yazılıb Bakı-Moskva...
Hər şey sənsiz dəyişir, tanımıram özümü mən Yağır dayanmadan, Günəş küsüb bu şəhərdən, Qayıt yubanma dön! Burda səni gözləyəcəm, Məni unutma...Məni unutma...