Ayrılıq nə qədər ağır olsada mən dözməliyəm Sevgi adasında azmış hisslərimidə gizləməliyəm Söz vermiştik biri birimizə ayrılmaazdıq həmişəlik Həmişəki kimi vaxtından əvvəl biz biraz tələsdik Yadındadır çıxardıq biz xəyal səyahətlərinə Uzun uzun baxardım mən o mənalı gözlərinə Gözlərində görürdümki suyun üzündə gəzirdik Havasızlıq olan qadda sakitcə rəqs edirdik Göy qurşağının üzərində əl ələ tutub qaçırdıq Yerə göyə günəştəndə güclü işıq saçırdıq Qucaqlıyıb dəyərdinki sözə gəlmir hisslərim Soyuq havada isinirdi sənin o buz əllərin Baxış baxışa toqquşanda ilk öpüşün cazibəsi Çıxmır ağlımdan o gözəl sevgimizin möcüzəsi Birdən gəldi payız küləyi aramızdan yellər əsti Sevgimizin hisslərinə dediki saxla burda bəsti
Nəqarət............................
Sevgimizsə təslim oldu səhifəsini bağladı Buludlarsa halımızı görüb çoxlu ağladı Yıxıldım mən diz üstündə başladım qışqırmaqa İlahi mən laiq idim qəlbim sındırılmaqa? Yanımdan ötən insanlar məni dəli sanırlar Hissiyatsız olduğlarını ağ yalanla danırlar Əli əsalı yaşlı qoca məni elə hiss edirki Yaxınlaşıb mənim yanıma ürəkdən o deyirki Günahkar tək həyat idi bizdə onun qulları Yalan filan haqqsızlıq idi onun oyunları Bədbin insanlardı oyunların qəhrəmanları Hərgün təqdimatı idi yeni gələn qurbanların Qalib olan məğlub idi məğlub olansa qalib Oyundan çıxan bir ölü sanki ölümdən dirilib Dirilənlər xoşbəxt bir körpə kimi sevinirdi Çünki həyat qurmaq üçün yeni verilən şans idi