LEYLİ: Könlüm açılır zülfi-pərişanını görcək, Nitqim tutulur qönçeyi-xəndanını görcək. Baxdıqca sənə qan saçılır didələrimdən, Bağrım dəlinir navəki-müjkanını görcək.
MƏCNUN: Qəddin həlakiyəm, düşə bilməm ayağına, Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti. Bildim təriqi-eşq xətərnakdır, vəli, Mən dönməzəm bu yoldan ölüm olsa qayəti.
LEYLİ: Ey hər təkəllümüm xəti-səbzin hekayəti! Virdim həmişə məshəfi-rüxsarın ayəti! Bəs kim səni görəndə gedər məndən ixtiyar, Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.