Bağışla ki, biz onlara döndük.
Miriylə mən bunu heç istəməzdik.
Sənin qoynunda nə böyüdük, nə böyüklük gördük,
Nə də ki neft dolların ruhumuza əvəzdir.
İlhamlısan, amma ilhamlandırmısan.
Dumanın olmur, dalğaların da dar.
İstedadları udan divi andırırsan;
Nə itin hürür, nə işıq yanan yerin var.
Miriylə mən özümüzü aldada bilmərik -
Bəyənmədiklərimizə göz yummarıq, bağışlamarıq.
Şikayətlənən kütləndən biz bir təhərik,
Amma, heyif, onların arasında biz də varıq.
Biz də
Biz də varıq qaçmaq istəyənlərin arasında
Qaynar binalarının istisindən sərin bulaqlara.
Beyni müstəmləkələşmiş cavanlarının hamısında
Tüpürəcək dil var sənə, doğma ocaqlara.
Mənim ürək ağrımın ən kəskin növüsən,
Qaçqın əfkarımın ən qızğın nöqtəsisən.
Yalan içində batırsan, özün özündən qaçırsan,
Yapışqan küləklə sən məxluqunu çapırsan.
Hərçənd sənin sevgiyə yoxdur ehtiyacın.
Hirs-əsəblə sən qidalanırsan.
Ən bəxtəvərlərin səni razı salmaq üçün
Hirsləri ilə fəxr edib hey xoxlanırlar.
Şəhər gözlərində nur axtardım, Baxdım-baxdım, amma bir şey tapmadım, Sözlərinə diqqətlə qulaq asdım, Qulaqlarıma inanamadım. Bəlkə də bu nəhəng, dilsiz şəhər Bir gün özü-özünə qalib gələr. Amma hələ ki boş, daş ürəklər, Çirkli küçələr, nizamsız evlər. Bakı böyüdükcə kiçilir, Öz qədimliyinə müasir deyir, Bilmir nəyi necə eləyir, Bakı xəstədir, Bakı can verir.
Mənim ürək ağrımın ən kəskin növüsən,
Qaçqın əfkarımın ən qızğın nöqtəsisən.
Yalan içində batırsan, özün özündən qaçırsan,
Yapışqan küləklə sən məxluqunu çapırsan.
Dağlarsız bunca əsr necə sağ qalıbsan?
Necə xəritədən itməyibsən, nəfəs alıbsan?
Neçə dağlardan gələn ülvi ruhları əsir tutub,
Hirs zəhəri içirdib zindanına atıbsan?
Avandlaşsan da, yüksəlmisən, Bakı.
Yerində addımlayırsan, hər addımın bir tədbir.
Mənəvi inkişafa gələndə dilə gəlmisən, Bakı;
Hey hirs mərkəzi qal, hey təkbir gətir.
Bil ki, biz bir anlıq olsa belə
Səni sevməmişik, qəlbimizə buraxmamışıq.
Təvazökar dağlarda dumana, yağışa, selə
Təb üçün pənah gətirib, yaradıb, şux qalmışıq.
Dağlarda nə müxalif var, nə müxalifə müxalif,
Nə də gözümüzü deşən pul qazanmaq istəyi,
Çəkilirik dumana, itək ki təbiətdə olaq arif,
Bir parça çörək olsun bizim tək gərəyimiz.
Mənim ürək ağrımın ən kəskin növüsən,
Qaçqın əfkarımın ən qızğın nöqtəsisən.
Yalan içində batırsan, özün özündən qaçırsan,
Yapışqan küləklə sən məxluqunu çapırsan.
Buludlar еще тексты
Оценка текста
Как вам текст?
1 out of 5
2 out of 5
3 out of 5
4 out of 5
5 out of 5
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1