Şəhər gözlərində nur axtardım. Baxdım, baxdım – bir şey tapmadım. Sözlərinə qulaq asdım; Qulaqlarıma inanamadım. Şəhər böyüdükcə kiçilir. Öz qədimliyinə müasir deyir. Bilmir nəyi necə eləyir – Bakı xəstədir, Bakı can verir.
Mənim ürək ağrımın ən kəskin növüsən. Qaçqın əfkarımın ən qızğın nöqtəsisən. Yalan içində batırsan, özün özündən qaçırsan. Bakı, yapışqan küləklə sən məxluqunu çapırsan.
Bəlkə də bu nəhəng, dilsiz şəhər Bir gün özü özünə qalib gələr. Amma hələ ki boş daş ürəklər, Çirkli küçələr, nizamsız evlər.