Yarpaqları tökülür bu parkın Payız qocalır və ağarır saçları Yüz min kilometr addım atdım Ölü padşahların qırılmış tacları Həyat bacarır, həyat iyrəndirir özündən Sonra yenidən sevgimizi alır Mən gözləmirəm day sabahı Bu gun dekabr mənim payızımı basdırır Gözlərimdə yaş, ümidlər içimdə parçalanıb Mən həmin Qaraqan deyiləm Kağız nifrət eliyir, qələm yazmağa utanır Ama mən başqa şey bilmirəm Qoy bu otaqda məhv olsun etiraf Şəhzadə yataqda gözləyir ehtiras Ama sətir misranı qoymur bıraxım Bu gun dekabr mənim payızımı basdırır
(verse: Qaraqan) Onun bədənində mənim tərim Dərin addımlar, nəfəslər dərin O unudub indi zamanı, məkanı, Tarixi, adını, sözləri, hərfləri Divarlar sıxır, çiyinlər sıxır İncə qadın kobud qolların arasında Zamanın arasında tapmışıq sonsuzluq Beyin sıxır, dırnaqlar cızır Mənim kürəyimdə xətlər çəkir Şəhzadəm ahlar çəkir Sülh bayraqları çəkir, olur təslim Mən iblis, aramızdakı tilsim Mən öyrədirəm ona bu rəqsi O sevir, bilə-bilə ki, gedəcəm mən əbədi Bədənim yanır, ruhum azdırır Bu gun dekabr mənim payızımı basdırır
(verse: Qaraqan) Yatır şəhzadə səhər, açıq pəncərələr Mən durmuşam onun önündə Mənim beynimdə ölümcül zəhər Mən getməliyəm oyanmamış o gözlər Mən qoymalıyam məktub ya çiçək Addımlar, bir də qış dolu o küçə Sevginin son rəqsi idi bu gecə Bu yuxu ola bilməz əbədi, gerçək Külək tələsdirir dəqiqələri Onun barmaqları, kiprikləri məni eliyir dəli Ya da heç nə qoymadan gedəcəm Şəhzadəmdən doymadan gedəcəm Birdən çılpaq mələk səsdən ayılır Öpüşlər, göz yaşı, sınır ayrılıq Səni sevirəm, qollarımız sarılır Bağışla dekabr, payızım qayıdır