Albom: Qısa Qapanma Trek: Metamarfoza İfaçı: Qaraqan
Şeytanla üzbəüz, hələ ölməyib yumor, Hələ ölməyib gözlərində hələ də var qürur.. Budaqlar, otaqda qəribə kölgə, Üzündə qırışlar, onunla bir dağılır ölkə.. Qapı arxadan bağlı, dağılıb zibilqabı.. Yastıqda laxtalanmış qan, o artıq deyil insan, Baş verib metamarfoz, Kafkanın personajı, O sanki dəniz quldurlarına uduzub, abordajı.. Bilək, ülgüc, ürək durub, kamanın çatlarında qan, Damır tavan, beyin çəkic, dan dan dan – dan dan dan.. Qulaq dolu pambıq, pəncərələr mıxlanıb, Nədi bu paranoya, ya bu nə cür adlanır.. Uçur pərvanələr, zəif işıqlı lampa, Otaqda keçmiş sahiblərdən miras qalan karma.. Gəlir qəribə səslər, elə bil kimsə gəzir, Gözünün qarşısında bütün həyatı, durur nəbzi..
Heç kəs gəlməsin, heç kəs gəlməsin!! Mən burda təkəm, qoy qalım tək mən!! Heç kəs gəlməsin, heç kəs gəlməsin!! Qoy qalım tək mən, qoy qalım tək mən!! (2)
Qonşu otaqda ana söyüşləri və radio səsi, Verir rezonans öskürəyə plastik pəncərəsi.. Qıraqda köhnə kamod, içində köhnə sirrlər, Başlayır pristuplar, sancı, revmatizm dizdə.. Həyatı sanki puzzle, çatışmır bir hissəcik, Və bu bir hissəciyə görə də görünmür mənzərə.. Son epizod qaranlıq, payızdan son yadigar, Onun ürəyində vulkan, beyin zəlzələ.. Allahı aldatmaq, ya şeytanla səmimi söhbət, Son arzu LaLə, son dəfə onu görmək.. Geyinib əvvəlki tək, bəzənib əvvəlki tək, Bir qutu rafaello, bir də bir dəstə çiçək.. Romantik randevular və ciddi konfranslar, Keçmişin xatirələri, silinir gözdə kontrastlar.. Indi o sanki mebel, nə xeyri var, nə də ziyan, Ömürlük paralic, kipriklər və tavan..
Heç kəs gəlməsin, heç kəs gəlməsin!! Mən burda təkəm, qoy qalım tək mən!! Heç kəs gəlməsin, heç kəs gəlməsin!! Qoy qalım tək mən, qoy qalım tək mən!! (2)
Deyirlər insan həyatı sadəcə bir sınaq, Məncə bu bədbəxtlərin ümid verici uydurması.. Axı mənim arzularımda var idi göyə uçmaq, Nə oldu bəs qanadlar, möcüzələr dünyası?! Avtomobil qəzası, taleyim: Sürpriiz, Qəbul elyirəm, məni təəccübləndirə bildiiz.. İndi çəkin geriyə zamanı, bəsdi zarafatlar, Amma Allah istəyir bu filmin davamına baxmaq.. Mən bədbəxt, yoxsa, axmaq, ölmək ya qalmaq pis, Mənə bir fincan kofe, bir də Əzrail, please.. Yox, yox, bu deyil kapriz, bu sadəcə depressiya, Əgər həyat imtahandırsa, niyə olm