Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

[H.O.S.T|Qaraqan, AiD, PRoMete] - [Həqiqət Axtarışları] | Текст песни

Kiçik daxmalarda həyatını bitirən insanlar,
O dahilər doğulmamış basdırıldılar..
Zamanın ağırlığı çatladırdı dirəkləri,
Süpürüb tarixdən parçalanmış ürəkləri.. (2)

Binalar, arkalar, kvartallar, prospektlər,
Şəhərin yaddaşında möhürlənmiş portretlər..
Dəyişir fəsillər, təkrarlanan kvartetlər,
Maketləşdirilmiş ssenarilər, parketlər..
Bağırırdı addımların altından,
Hansı mənzillərə aparır bizi bu addımlar?
Eybəcər ördəklər durnalara çevrilərkən,
Həyatın qanunları yazılırdı güclülərlə..

Dur zaman, yaddaşımda cavan qalım,
Yox külək, göz yaşlarım küləkdəndi..
Gəl Allah, hardasan mən tək qaldım?
Hardasan Allah? Hardasan, mən tək qaldım..
Dur zaman, yaddaşımda cavan qalım,
Yox külək, göz yaşlarım küləkdəndi..
Gəl Allah, hardasan mən tək qaldım,
Get Allah, sən gecikdin, şeytan gəldi..

Taleyin kaprizləri, taleyin artistləri,
Sevginin tezisləri, payızın krizisləri..
Və terminlərə çevrilmiş həyatın məqamları,
İncilin odunuyla yandırırdı Quranları..
Allahı axtarırdıq quyularda, qayalarda,
Səhifələr qorxuzurdu gizlənirdik yaralardan..
Amma bu sağaltmırdı, diaqnoz tənhalıq,
Biz bəzən milyonların arasında tək qalırdıq..
Sakit ol danışma, danışma, onlar başa düşməz səni,
Bizim öz fikirlərimiz, onların öz prinsipləri..
Biz tozlu otaqlarda kəşf edirdik dünyaları,
Hər şeyi tapmışdıq, tapmamışdıq insanları..
Biz tənha adalar tək çəkilib dənizlərə,
Satmadıq qəlbimizi xəyanətə, kənizlərə..
Zamanın iynələri sualları toxuduqca,
Sən heç nə bilmədiyini anlayırsan oxuduqca..

Dur zaman, yaddaşımda cavan qalım,
Yox külək, göz yaşlarım küləkdəndi..
Gəl Allah, hardasan mən tək qaldım?
Hardasan Allah? Hardasan, mən tək qaldım..
Dur zaman, yaddaşımda cavan qalım,
Yox külək, ağlamıram, küləkdəndi..
Gəl Allah, hardasan mən tək qaldım,
Get Allah, sən gecikdin, şeytan gəldi..

(AiD)
Dur zaman, qanımı iç, bitirim həyatı bu nöqtədə,
Vücudum arzu tutdu, axdı ulduz son dəqiqədə..
Dizləri yığmırdım mən həyat önündə baş əydikcə,
Sıxılır tənha ürək, kapilyarlar hörüldükcə..
Dirildikcə qürur, sevgi bağçasında ağac əkdi,
Qocalmış rahiblər rahibələri sınağa çəkdi..
Gözünü zamana dikdi yazılar adını ləkələdikcə,
Həqiqət axtarışında paslanırdı gün ötdükcə..
Həyat verir əzab, edir tələb, biraz səbirli ol,
Ürək, qələm verirdi təb, mənim arzum sehirli yol..
Gün<

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
Нет видео
-