1Bənd
Mənsizlər mənsizləyir mənsiz
Mahnılar qalmaz heçkimsəssiz.
Gələnlər gedirlər gərəksiz
Uçanlar da uçurlar fərsiz.
Cansızlar, yazıqlar simasız,
Hətta vicdanları qidasız.
Zəiflər döyülür səbəbsiz,
Qədərsiz dünya bərəkətsiz.
Bu sirrlər soruşur güzgüdən,
Allahsız soruşur güzgüdən,
Kim burda əksinə - düzgünə?
Alçaqlar inanır bir günə.
Körpələr qocalır 100 günə,
Ümidvar güvənir pis günə.
Heykəllər insan üçün nümünə
Oralar zəng çatmaz abunə.
Nəqarət
De, niyə
Sənsiz qalmışam mən?
De, niyə?
Ucadan birdə -
De, niyə,
Qocalmış dünya!
2Bənd
Qapılar heç vaxt bağlı olmaz
Mən getsəm belə, dünya solmaz.
İnsanlar yaraqlı yaramaz,
Yaradan bizi boş yaratmaz.
Nəsildən mənə gələn miras -
Alışmışam ona mən biraz.
Bu ayaz gecələr toxunmaz,
Riyakar qorxunu aldatmaz.
İndi tək qalmışam özümdə
Özümdə, bir də yad sözümdə.
O məhrum, yaşlı kor gözümdə,
Ya da çox qayğısız dözümdə.
Körpələr qocalır 100 günə,
Ümidvar güvənir pis günə.
Heykəllər insan üçün nümünə
Oralar zəng çatmaz abunə.
Miri Yusif еще тексты
Оценка текста
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1