Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

Okaber ft Dakodje - Repressiya | Текст песни

Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə,
Son ümidlərim də batdı azadlığım batan gəmidə.
Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam,
Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam.
Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq,
Onun qurbanları biz, hər kəs bizdən narazı.
Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü,
Şəhidlər vətən xaini kimi tanındı, görüldü,
Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü.
Mən sürgündəyəm, dost, mənimçün də hökm verildi...
Səbəbini bilirsən: yazdıqlarım və yazmadıqlarım,
Bu məktubu da yandır, haqqında heç nə yazma bunların.
Katorqada rejim ağır, dərd üstünə yığır dərd,
Biz buralara nabələd, şaxta kəsir sərt,
Hətta yağır dərd yağışlarla.
Bağışla da, yazdıqlarım yıxır, qəlbi dağıdır,
Sıxır qəlbi ağrıdır.
Repressiya qəribə mühitə bağlıdır inan ki,
Burda olmayıb dostluq və sevgi,
Nə musiqi, nə şeiriyyat,
Nə də həyat olmayıb sanki...

Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Популярное сейчас
Видео
  • Okaber ft Dakodje - Repressiya 2015 Okaber ft Dakodje - Repressiya 2015
    bu mahnini icazesiz paylawdigim ucun hamidan en bawda da Okaber ve Dakodjeden ...
  • Dakodje - Quemika Dakodje - Quemika
    Facebook page - https://www.facebook.com/dakodje.ateam Music by Dakodje performing ...
  • Okaber - Repressiya Okaber - Repressiya
    Audio by Okaber performing Repressiya. © 2013. ... Anar Nağılbaz ft Trafo Revolt ...