Heçnə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümüdlərimdə batdı, azadlığım batan gəmidə Hər gün qətliam, nəsə mən yenə təxirə salınmışam Səhər-axşam, eyni işgəncə, eyni əziyyət, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm dost, mənim üçündə hökm verildi Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heçnə yazma bunların Katerqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt. Hətta yağır dərd, yağışlarla. Bağışlada yazdıqlarım yıxır qəlbi dağıdır. Sıxır qəlbi ağrıdır, rapressia qəribə mühitə bağlıdır İnanki, sanki olmayıb burda dostluq və sevgi Nə musiqi, nə şeiriyyat nə də həyat olmayıb sanki
Verse:Dakodje
Bağışla dost, yazıram artıq burdakı fahişəliyi Sən gedərkən anladım, böyük adam cəmiyyətin bədbəxtliyi Bura sürgündən betərdir, ətrafımız yaltaqlar Axmaqlar həqiqəti bakirə tapmaq istəyir Təsəvvür etmək istəmirəm necə keçir sənin günlərin Edam əmri verilən canavar ölümünü necə gözləyir Dözməyir kövrəkliyi ama duruşu qaməti, mətin Anlamırlar öldürmək asandır yaşatmaq çətin Bilirəm asanı seçəcəklər, insan asanı sevəcəklər Həqiqəti üzə çırpmayanı, kostyumda çobanı sevəcəklər Ağıllı uşağı itirib xəstə şairi kəşf edəndə cəmiyyət Yaxına burax, başına sığal, sonra qanını içəcəklər Min yalanın içində inan seçilməyəcək bir düzgündə Qorxma, mənim ürəyimdə, sənlə daxilimdə sürgündə. Büzülən geyimi yamalayırlar, üzü ağ olanı qaralayırlar Kimki çıxıb içini tökdü vərəqə sətirə paralayırlar Doğru gördü sobalayırlar, şirin yalanı atamayırlar Kimki çıxıb başını əzdi, səhvini sezdi, çabalayırlar