Qafqazım, təhsilin, elmin ünvanı, Adınla yazılır dostluq dastanı, Üç rəngli bayrağın sənsən dayağı, Şöhrətin bürüyür Azərbaycanı.
Qafqazım, Qafqazım, canım Qafqazım, Dillərdə əzbərdir adın Qafqazım. Sən hikmət işığım, gənclik nişanım, Səni alqışlayır Azərbaycanım
Müqəddəs ocağın elmin gur səsi, Tələbən, məzunun zəka zirvəsi, Sən ey nəsillərin çağlayan səsi, Sən ey arzuların açan qönçəsi
Qafqazım, Qafqazım, canım Qafqazım, Dillərdə əzbərdir adın Qafqazım. Sən hikmət işığım, gənclik nişanım, Səni alqışlayır Azərbaycanım. ____________________________ Söz : Təyyar Mustafayev Musiqi və ifa: Əhəd Məmmədov Aranjirovka : Baba Qasımov