Mən gedirəm , bir neçə saatlıq Qapını bağla qayıdacam birazdan , rahat ol Mən gedirəm bir neçə saatlıq Heç nə soruşma , axtarma , mənə zəng eləmə. Mən gedirəm , qayıdacam bir neçə saata Hələlik nə istəyirsən elə , bu evdə rahat ol Mən gedirəm , bir neçə saatlıq Heç nə soruşma , mənə zəng eləmə... Mən gedirəm , bir neçə saatlıq Binanın damından son dəfə bu şəhərə baxmağa Ruhum yapışıb sinəmdən , qışqırır: “Azadlıq” Gedirəm göyərçinləri səmaya buraxmağa Addımların ardıyca , kölgəm gəlir ardımca Yağış tökdükcə muncuqlar səpir bulud ovcuyla Göz-gözə qarşılaşdı ac canavar ac ovçuyla Gedirəm qanlı davaya öz gözümdən baxmağa Mən gedirəm , bir neçə saatlıq Tanrı uğrunda döyüşlərdə qan olub axmağa Ulduzlar yoxdur səmada , səmalar qaranlıq İldrımlar işığında gedirəm içimi tapmağa Mən gedirəm və böyük iddiam var Kim deyir uça bilmir təyyarələr tək insanlar..? Necə ki polad qanadlar gətirir tab küləyə Qartal caynaqları sancılır arxadan kürəyə Ayaqlar qalxır yerdən , bu olur tez və birdən Açılır qollar səmaya , burdan olmur dönmək Çırp əlləri çapala amma çatmır güc Mən uça bilmədiyimi anlayıram ama artıq gec... Məni buraxın səmaya , olacam göyərçin Məni buraxın dənizə , olacam dalğa Məni tullayın alova , olacam qığılcım Məni buraxın payıza , olacam qarğa... Məni çağırırlar çətin xasiyyətli və soyuq insan Sükuta tab gətirmir , sevə bilmir , donur insan Mənim varlığım çoxlarıyçun olub dərd və cəza əlindəki baltayla cəlladını yonur insan Mən gedirəm , bir neçə saatlıq anlamaqçun Həyatıma kənardan özgə adam tək baxmaqçun İçimdə fırtınalar , zəlzələlər , burulğanlar Sizin nifrət içimə qığılcımdı , partlamaqçun Gedirəm axtarmaqçun , ürəkdən ağlamaqçun Diz çöküb öz qarşımda özümü bağışlamaqçun Gülərüz insanlar və bəyaz dişli tanışlardan Özüm tək bədbin və pis insanlara qovuşmaqçun Sən məni anlamaqçun ən azı olmalısan şair Məni bağışlamaqçun yəqin olmalısan Allah Və əgər sən ikisindən heç biri deyilsənsə Götür istədiyin daşı , məni olar daşlamaq... Məni buraxın səmaya , olacam göyərçin Məni buraxın dənizə , olacam dalğa Məni tullayın alova , olacam qığılcım Məni buraxın payıza , olacam qarğa..