(verse: Qaraqan) Ovcumda gizlədib hamıdan göy qurşağını gətirdim sənə Saçlarına günəşin saçaqlarını qopardıb taxdım mən dənə-dənə Gecələr mən alov kimi isitdim, bir an belə soyuq olmasın dünyan Mən sənə sevgi, sən mənə saman altından Sakit okean
(verse: Qaraqan) Dağlardan hasar tikdim ki, külək, tufan toxuna bilməsin sənə Buludlardan xalça toxudum, sərdim, rahat olsun qoy hər yer sənə Ağaclardan düzəltdim çəpər, gələ bilməsin nə pələng, nə aslan Mən sənə sevgi, sən mənə saman altından Sakit okean
(verse: Qaraqan) Vaxt keçdi, üstü açıldı, ömrü qısa olur hər bir yalanın Soruşdum var mı qəlbində sevgin, rəhmin, qürurun, vicdanın Ama gördüm xeyri yoxdur, sən tanımırsan nə şahı, nə üsyanı Mən də saldım samanımın altına yavaş-yavaş qalan üç okeanı