Mənim yerimdə olsan bir an belə dözməzdin Özünü itirərdin,ümidi itirərdin. Gözləməzdin bu qədər, bezərdin bu sevgidən Üzərdin əlini qaçardın bu şəhərdən.
Qorxardın tənhalıqdan, gecələr tək qalsaydın. İnciyərdin hamıdan, yerimdə sən olsaydın.
O zaman biləcəydin əzablar necə olur O zaman görəcəydin sənsizlik necə olur...
Mənim yerimdə olsan xatirədən silərdin O sənli günlərimi tək qalan illərimi. Gözləməzdin bu qədər, bezərdin bu sevgidən Üzərdin əlini qaçardın bu şəhərdən.
Qorxardın tənhalıqdan, gecələr tək qalsaydın. İnciyərdin hamıdan, yerimdə sən olsaydın.
O zaman biləcəydin əzablar necə olur O zaman görəcəydin sənsizlik necə olur...