Гуру Песен Популярное
А Б В Г Д Е Ж З И К Л М Н О П Р С Т У Ф Х Ц Ч Ш Э Ю Я
# A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z

˜”*°•♔S'ənan♔•°*”˜ - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... | Текст песни

Mən bir qaya olum, mən bir dağ olum
Sən sinəm üstündən ötən duman-çən
Mən meşə qoynunda bir bulaq olum
Sənsə mənim həzin, şirin zümzüməm
Bilirsən o dəmdə nə istəyirəm?
Bir mən olum, bir sən
Bizə başqa kim lazımdı görəsən?

Mən bir yamac olum, bir düzən olum
Sən düzən içində açan al laləm
Mən gecə səniyçin yanan şəm olum
Sənsə ətrafımda süzən pərvanəm
Bilirsən o dəmdə nə istəyirəm?
Bir mən olum, bir sən
Bizə başqa kim lazımdı görəsən?

Mən bir ağac olum, bir budaq olum
Bil ki, ayrılmaram heç vaxt kökümnən
Mən budaq üstündə bir yarpaq olum
Qorxuram, payızdı, gələn xəzəldən
Bilirsən ay gözəl nə istəyirəm?
Bir mən olum, bir sən
Bizə başqa kim lazımdı görəsən?

Mən bir dəniz olum, bir ümman olum
Sən dəniz içində üzən tək gəmim
Mən bir ümid olum, bir güman olum
Qoymaram ki, solsun o ümidlərim
Gəl mənimlə, nolar, olginən həmdəm
Bilirsən ay gözəl nə istəyirəm?
Bir mən olum, bir sən
Bizə başqa kim lazımdı görəsən?

Bir mən olum, bir sən, bir də göydə ay
Bir də güllü çəmən, mən sakit axan çay
Həzin nəğmə desin bülbül, torağay
Heç nə istəmirəm Allahdan daha
Yerin olsun mənim gözümün üstə
Şairəm duraram sözümün üstə
Nolar, başımı qoyum dizivin üstə
Heç nə istəmirəm Allahdan daha

Atıb bir kənara fikri, qəmi
Xəyalla seyr edək gözəl aləmi
Deyim, gülüm sənnən səhərə kimi
Heç nə istəmirəm Allahdan daha

Dağları dumansız, çənsiz olmasın
Zəmi də sünbülsüz, dənsiz olmasın
Eyvazın bir günü sənsiz olmasın
Heç nə istəmirəm Allahdan daha

Məgər görməyirsən mənim halımı?
Qurban olum, buraxginən qoy gedim
Nə var kəsdirmisən durub yolumu
Qurban olum, buraxginən qoy gedim

Zalımlıq eyləyib batma günaha
Əlvida, gedirəm gəlmərəm daha
Sənə and verirəm göydə Allaha
Qurban olum, buraxginən qoy gedim

Neçə ocaqlara köz vermişəm mən
Gözü görməyənə göz vermişəm mən
Axı səndən gözəlinə söz vermişəm mən
Qurban olum, buraxginən qoy gedim

Şah oldumsa taxtım yoxdu ay gözəl
Əzəl gündən baxtım yoxdu ay gözəl
Eyvaz canı vaxtım yoxdu ay gözəl
Qurban olum, buraxginən qoy gedim

Другие названия этого текста
  • SeDi - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... (1)
  • ●Yetim Eyvaz - - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ...... (0)
  • ˜”*°•♔S'ənan♔•°*”˜ - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... (0)
  • Yetim Eyvaz - Bir men olum birde sen Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... (0)
  • ☜ Unudulmayan Xatireler ☞ - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... (0)
  • MEnali Sozler - Bir men olum birde sen (0)
  • ●Yetim Eyvaz - - Bir men olum birde sen●Mən bir qaya olum, mən bir dağ olum Sən sinəm üstündən ötən duman-çən ... (0)
Статистика страницы на pesni.guru ▼
Просмотров сегодня: 1
Видео
Нет видео
-